AZ EN
Feedback

Sal/Çikaqo-Kent Hüquq Məktəbi- təqaüd proqramı haqqında vebinar

20 may tarixində Vision Academy və “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyinin birgə əməkdaşlığı ilə SAL/Çikaqo-Kent Hüquq Məktəbində hüquq təhsili almaq istəyən azərbaycanlı tələbələr üçün təqaüd proqramı haqqında vebinar təşkil edilmişdir.
Vebinara Vision Academy-nin Xaricdə Təhsil Ofisinin direktoru Rövşən Bağırov giriş sözü ilə başlayıb. Xaricdə, xüsusi ilə Amerikada təhsil haqqında ətraflı məlumat verən Rövşən Bağırovun moderatorluğu ilə tədbir davam edib.
Sal/Çikaqo-Kent Hüquq Məktəbinin əməkdaşları Ketevan Jeladze və Maia Meskhi görüntülü vebinara qoşularaq Sal/Çikaqo-Kent Hüquq Məktəbində tədris barədə ətraflı məlumat veriblər. 1 saat davam edən seminarda sal proqramının üstünlükləri, Çikaqoda yaşam, təhsil, karyeraya təsirləri, iş imkanları kimi mövzulara toxunuldu.