AZ EN
Feedback

Vision Academy Çexiyanın University of West Bohemia universiteti arasında

Vision Academy Xaricdə Təhsil Ofisi və Çexiyanın University of West Bohemia universiteti arasında "Əməkdaşlıq sazişi" imzalanıb.Əməkdaşlıq sazişi azərbaycanlı gənclər üçün adıkeçən universitetin bütün ixtisasları üzrə təhsil almaq imkanları təqdim edir.


Bu universitetdə tələbələr üçün münasib təhsil xərcləri və xüsusi güzəştlər mövcuddur.Məlumat üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiyanın TOP 200 Universiteti arasında Çexiyanın 12 universiteti yer alır.Digər Avropa ölkələri ilə müqayisədə Çexiyada ali təhsil maddi cəhətdən daha sərfəli, gündəlik xərclər daha azdır.


Bu səbəbdən Çexiyada 44 000-ə yaxın əcnəbi tələbə təhsil alır. Avropanın mərkəzində yerləşdiyi üçün Çex Respublikası eyni zamanda digər Avropa ölkələrinə səyahət etmək imkanı da yaradır. Çexiyada yerləşən universitetlər həm Avropa həm də Amerikan təhsil sisteminə uyğun olaraq ingilis və çex dillərində tədris aparır.